5 140 091
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Azərbaycanın Gürcüstandakı səfirliyində 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

გაზიარება
იანვარი 20, 2017
174
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Azərbaycan Respublukasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi, dinc əhaliyə divan tutulması, yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması, itkin düşməsi, Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi barədə geniş danışmış, bu matəm gününün artıq 27 ildir ki, Aəzrbaycanda , ümumiyyətlə ,Azərbaycan nümayəndiklərinin, diasporlarının olduğu ölkələrdə də qeyd edildiyini vurğulamışdır.

Sonra Azərbaycan və gürcü ictimaiyyətinin, eləcə də yerli hakimiyyətin nümayəndələri bu matəm günü barədə öz ürək sözlərini söyləmiş, eyni taleli azərbaycan və gürcü xalqarının azadlığa və müstəqilliyə doğru cəhdini, bu yolda rastlaşdıqları çətinlikləri ,20 yanvar və 9 aprel faciələrinin eyni faciə olduğunu qeyd etmişlər. Qanlı 20 yanvar faciəsi barədə çəkilmiş qısa sənədli film də nümayiş edilmişdir.

მაჩვენე მეტი