5 139 989
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Aşıq Əmrah ilə aşıq Kamandarın deyişməsi

გაზიარება
თებერვალი 3, 2017
216
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Şərti qəbul olunan bu deyişmə həqiqətdə aşıq sənətində özünəməxsus yer tutmuşdur. Əsil deyişmələr məclislərdə bəzən qısa, bəzən də uzun çəkmiş, hər hansı rədif üstündə daha çox rədif və cavab tapan sənətkar verdiyi sual ilə rəqibini məğlub edərək, hətta sazını da almışdır. Bu iki ustadın deyişməsi, bəri başdan deyim ki, dostyana birgə oxunan mahnıdır. Ustad aşığımız aşıq Kamandar əsrin sonlarında ondan aldığım müsahibədə ustad aşıq Əmrah ilə necə tanış olmasını belə xatırlaylr: “İkinci ustadım (ilk ustadı aşıq Sadıq Sultanov olub-M.M.) aşıq Əmrah, Allah ona rəhmət eləsin, qız evində olub, mən oğlan evində. Molla Vəliöyü deyirlər. Molla Vəliöyü Paşanın oğlu Məhəmmədin toyunu da mən eləmişəm. Əmrah da Qocayev Məhəmmədin evində olub. O dövrün qəhrəman oğullarından biri.” Uzun sözün qısası, onlar sonradan bir araya gəlir. Gözəl ifaları ilə məclis üzvlərini heyran edirlər. Özləri də dost olurlar. Birgə xeyli məclislər yola salırlar...
60-cı illərdə Gürcüstan radiosu tərəfindən onların hər ikisinin ifasında xeyli mahnı, eləcə də bu deyişmələr lentə alınmışdır.
Indi Gürcüstan radiosunun qızıl fondunda, eləcə də mənim şəxsi arxivimdə qorunub saxlanılan bu deyişmələri onların pərəstişkarlarının nəzərinə çatdırıram.
Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი