5 128 422
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Aşıq Cəlal Mehdiyevin ifasında bir neçə mahnı və saz havası

გაზიარება
მარტი 28, 2017
531
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Aşıq Cəlal Bilal oğlu 14 noyabr 1937-ci ildə Borçalının (indiki Marneuli) rayonunun İlməzli kəndində anadan olub. İbtidai sinfi doğulduğu kənddə, orta məktəbi isə qonşu Kəpənəkçi kəndində bitirib. Kiçik yaşlarından saza meyil salıb və Kəpənəkçi kənd sakini, həm də qohumu Musayev Musadan saz üzrə başlanğıc təhsilini alıb. Sonra Qazax rayonunun Şıxlı kəndindən olan Aşıq Dərya Məhəmmədə şagirdlik edib. Sazın sirlərinə yiyələndikdən sonra Aşıq Kamandar Əfəndiyevlə yaxın dost münasibətdə bulunub. Bu dostluq Aşıq Cəlalın sənətdə daha mükəmməl yetişməsinə səbəb olub. Aşıq Cəlal məşhur aşıq Əmrah Gülməmmədovla da sıx əlaqələr yaradıbmış. Hətta Aşıq Kamandar və Aşıq Əmrah məclislərdə yetkin bir gənc aşıq kimi meydanı şagirdlər arasından ilk olaraq Aşıq Cəlala verirlərmiş. Aşıq Cəlalın atası Bilal Mirzalı oğlu Böyük Vətən Müharibəsində itkin düşüb. Müharibəyə qədərki dövrdə Bilal Şair Ağacanla yaxından dostluq edib. Kolxozun anbardarı vəzifəsində çalışdığından Bilal kişi vaxtaşırı iş yerindəcə Şair Ağacanla görüşür, saz çalıb, mahnı oxuyurlarmış. Bir sözlə, Aşıq Cəlalın atası Bilal kişi də həvəskar saz ifaçısı olub. Bu il - 2017-ci ildə Aşıq Cəlalın 80 yaşı tamam olur. İki oğlu, iki qızı, 8 nəvəsi, 9 nəticəsi var. Qeyd edək ki, şair-publisist, araşdırmaçı yazar Elbəyi Cəlaloğlu Aşıq Cəlalın böyük övladıdır.

Ötən əsrin 60-cı illərində Gürcüstan radiosu tərəfindən Aşıq Cəlalın ifasında bir neçə mahnı və saz havsaı lentə alınmışdır. Hazırda radionun qızıl fondunda qorunub saxlanılan həmin lent yazılarını aşıqsevərlərin marağını nəzərə alaraq saytımıza yerləşdiririk.

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი