Saz deyəndə ilk növbədə aşıq, ozan,varsağı yada düşür. Belə ki, ustad aşıqlar sözünü sazı ilə deyib,sözü ilə saza nəfəs verib. Saz deyəndə aşıq yada düşür,aşıq deyəndə saz. Tut ağacından yonaraq milli çalğı alətimiz olan sazı saz edən, onu yaradan, onu bağlayan sənətkar, sazbənd heç də o qədər yada düşmür. Bəli, saz, sazbəndin məharətli əlindən çıxan sənət nümunəsidir.Ta qədimdən sazbəndlər olduqca saz da olub. Onların sayəsində bu günə qədər yaşayıb və yaşamaqdadır.Allah sazımızı da, sazbəndlərimizi də var eləsin!
Borçalıda hazırda bu sənəti yaşadanlardan biri də Bafəli Əli oğludur. O gözəl saz bağlamaqla yanaşı, sazı sədəflə bəzəmək peşəsinə də yiyələnib. Bir vaxtlar Bolnisi rayonundakı Dəllər kəndində saz bağlamağa başlayandan sonra Marneuli şəhərinə gəlir, burada saz bağlamaqla yanaşı həvəskar uşaqlara saz-söz sənətini öyrətməklə də məşğul olur. Sonra yenə kəndə qayıdır. Aşıqlarımızın, saz həvəskarlarımızın işini asanlaşdırmaq üçün yenidən Marneuli şəhərinə qayıdır. Burada Mərkəsi bazar yaxınlığına emalatxana açaraq saza nəfəs vermək, adu tut ağacından hazırlanan aləti danışdırmaq, onu gəlin kimi bəzəmək işinə başlayıb. Artıq bölgədə aşıqların bir araya gəlməsinə, bir yedə söhbət etmələrinə imkan yaranıb. Onlar burda çalıb oxuyur, Sazbənd Bafəli də öz işi ilə məşğul olur...
Mirzə Məmmədoğlu