5 140 123
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Konstitusiya dəyişiklikləri layihəsi

გაზიარება
ნოემბერი 3, 2017
142
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Parlament əksəriyyətinin prezident tərəfindən qoyulan vetoya rəğmən, yeni Avropa tipli konstitusiya sənədinin təsdiq edilməsini qeyd etməsindən 3 həftə keçdi, ancaq hələ o vaxtdan bəlli idi ki, yeni konstitusiyaya, dəyişikliklər yenə əlavə ediləcəkdi, çünki Venesiya Komisiyasına verilən sözün yerinə yetirilmə vaxtı gəlmişdi. Parlament əksəriyyətinin təşəbbüsü ilə, əsas qanuna 4 yeni dəyişiklik əlavə edildi. Onlardan ikisi texniki məsələdir, qalanı isə, müxalifətin əsas tələbləridir.

Bu dəyişikliklərə əsasən, 2020-ci ilin parlament seçkilərində, partiyaların blok yaratmaq imkanları yenə olacaq və bu, müxalifət partiyalarına parlamentə daxil olmaq və maliyyə ala bilmək üçün lazımdır. Həmçinin, bonus sisteminin ləğv edilməsi planlaşdırılır. Bu da deməkdir ki, paylaşdırılmayan mandatlar, baryerləri aşan partiyalara veriləcək. Ancaq, gələcək parlament seçkiləri üçün əsas təhlükə yenə qalır. 2020-ci ildə parlamentdə yenə majoritarlar olacaq və bu da iqtidar dəstəsini gücləndirir.

Proporsiyonal seçki sisteminin aradan qaldırılması müxalifət üçün ən böyük problemlərdən biridir və müxalifət partiyaları, bir vaxt özlərinin tələb etdiyi dəyişikliyi, indi qəbul etmirlər.

Müxalifət bu dəyişiklikləri qəbul edir, ancaq sənədə dəstək verməyi və onun müzakirəsində iştirak etməkdən imtina edir. İstisna olan tək partiya Vətənpərvərlər alyansıdır. Onlar prosesdə iştirak edib, öz fikirlərini bildirməyi tərcih edirlər. Müxalifətin qəbul edib, etməməsinə baxmayaraq, iqtidar dəstəsi konstitusiya dəyişikliklər əlavə etməyi düşünür, çünki, Venesiya Komisiyasına verilən söz yerinə yetirilməlidir və demokratiyada bunu tələb edir. Parlament əksəriyyəti, indi, bu dəyişikliklərin nəyə görə lap başdan sənədə əlavə edilmə bilmədiyini və boş vaxtın xərcləndiyini, izah etməyə çalışır.

Bu səfər də, əvvəlki kimi, parlament əksəriyyəti, yeni konstitusiya sənədini müxalifətin dəstəyi olmadan təsdiqləməyi düşünür. Xüsusi təşkilatçı qrupunun yaradılmasından sonra, xalq müzakirələri təqribən bir ay davam etdi.

İqtidar dəstəsinin planlaşdırdığına görə, dekabr ayında, konstitusiyaya əlavə edilən dəyişikliklər iki oxunuşla təsdiqlənəcək. Üçüncü ən son dinləyiş isə, 2018-ci ilin mart ayında keçiriləcək.

მაჩვენე მეტი