Borçalıda yaşayıb yaradan şairlərimizdən olan Səyavuş Dilmanoğlunun bir neçə il bundan əvvəl Marneulidə “Babakərim mənim” adlı kitabının təqdimatı oldu. Bir qayda olaraq tədbir xudmani bir ziyafətlə davam etdirildi. Ziyafət başlamamışdan öncə oğlum Almaz öz peşəsini işə salaraq telefonla da olsa onun bir şeirini videoya çəkdi. İndi həmin qısa videonu onun pərəstişkarlarına çatdırmaqdan məmnunluq duyuram.
Hörmətlə: Mirzə Məmmədoğlu