5 139 979
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Şair Qulamhüseyn Borçalının ifasında öz şeirləri

გაზიარება
თებერვალი 6, 2017
289
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Qulamhüseyn Borçalı (Əsədov) 1932-ci ilin may ayının 20-də Gürcüstan respublikasının Marneuli rayonunun Axlılələ kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. O, atasını görməyib. Atasından yetim qalan Qulamhüseyn müəllimi anası böyüdüb ərəsəyə çatdırmışdır. Orta məktəbi, qonşu Aşağı Saral məktəbində oxuyub. Onun gənclik illəri II dünya müharibəsinin ağırlı-acılı günlərinə təsadüf edir. Gənc yaşlarında o, kənd sovetinin nəzdində Dəmyə-Gorarxı və Axlılələ kəndləri üzrə təlimatçı işləyib. Beş il Qulamhüseyn müəllim bu sahədə işləyəndən sonra Dəmyə-Gorarxı kəndində fəaliyyət göstərən kənd mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunur. Bununla yanaşı o, fəal içtimayətçi olub.

“Sovet Gürcüstanı” qəzetində müxbir işləyib. El içində fəal şəxslərdən biri olub. Qulamhüseyn müəllim orta məktəb illərindən poeziya vurğunu olub və özü də bədii yaradıcılıqla məşğul olub, şeirlər yazmağa başlayıb. Onun yazdığı şeirlər 1987-90-cı illərdə Tiflisdə nəşr olunan “Dan Ulduzu”, “Dağlar dərdə düşsə”, “Ağır elli Borçalı”, “Borçalıdan keçən yollar” və s. toplularda və bir sıra qəzet və jurnallarda dərc olunmuşdur. 2008-ci ildə Qulamhüseyn müəllimin “Allah eşqinə” adlı şeirlər kitabı işıq üzü görmüşdür. Şeir yazmaqla yanaşı gənc yaşlarından sazın-sözün vurğunu olub. O, ustad aşıq Hüseyn Saraclıdan aşıq sənətinin sirrilərini öyrənib, ustad aşıqla Borçalıda bir çox toy məclisləri keçirib. Qulamhüseyn Borçalı atasız böyüdüyündən ailə canlı bir şəxs olub. O, bir oğul, iki qız böyüdüb ərsəyə çatdırıb. Borçalıda yazıb yaradan ziyalı nəslinə mənsub olan Qulamhüseyn müəllim həmişə öz şeirlərində paklığı, saflığı, mərdliyi təmiz sevgini tərənnüm etmişdir

მაჩვენე მეტი