5 139 979
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Şurəddin Məmmədlinin öz ifasında şeirləri

გაზიარება
იანვარი 17, 2017
218
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Tanınmış alim, şair, tərcüməçi Şurəddin Məmmədli haqqında geniş şəkildə danışmağıma ehtiyac yoxdur. Müasir dövrdə internet məkanında onun barəsində olduqca geniş məlumat əldə etmək mümkündür. Mən sadəcə olaraq müəyyən məqamlara toxunmaq istəyirəm. Hələ mən orta mətkəbdə oxuyanda Bakıda gənclərin sevimli qəzeti olan “Azərbaycan qəzeti”ndə orta məktəbin son sinfində oxuyan Şurəddin Məmmədlinin “Məktəb” şeiri dərc olunmuşdu. Həmin vaxtlar bu sensasiyaya səbəb olmuşdu. Ədəbiyyatla, poeziya ilə maraqlananlar bir müddət bu şeir barədə danışırdılar. Şeirin son misrası indi də yadımdadır:”Necə adlandırım, bilmirəm səni, məktəb həyatımın özüsən, məktəb!”. İş yoldaşım, Gürcüstan radiosunun uzun müddət diktoru olmuş rəhmətlik Ələddin Həsənli həm də yaxşı saz çalardı, mahnılar oxuyardı. Müəyyən qılıqla, müəyyən yolla, özü də öz eloğluları olan şairlərin sözləri üstündə manhnılar oxuması şərti ilə səsini lentə də aldım. Xeyli vaxtdır ki, həmin lent yazısı Yutubda həvəskarların ixtiyarlndadılr. Həmin lent yazısında Şurəddin Məmmədlinin də sözləri üstündə rəhmətlik Ələddin Həsənli bir mahnı ifa edir. Onu da qeyd edim ki, keçən əsrin sonlarında elə Şurəddin Məmmədlinin şeirlərini öz ifasında lentə almışdım. Bir müddət Gürcüstan radiocunda “Ədəbi verilişlər” silsiləsindən onu müntəzəm verirdim. Radio bağlanandan sonra onu şəxsi arxivimdə qoruyub saxlayıram. İndi zamanı gəldiyinə görə onun pərəstişkarlarını sevindirmək üçün öz saytımıza yerləşdirirəm. Hörmətlə: Mirzə Məmmədoğlu.

მაჩვენე მეტი