Şifahi xalq ədəbiyyatının bütün növlərində özünü sınayan Zəlimxan Yaqubun qoşquları pərəstişkarları tərəfindən sevilərək oxunur, aşıqlarımız isə onun sözləri üstündə mahnılar ifa edir. Onun qoşquları üstündə müxtəlif nəsillərə mənsub olan aşıqlarımızın ifasında iki kassetlik mahnıları vaxtilə Gürcüstan Radiosunda işləyərkən lentə alaraq efirdə konsert olaraq müntəzəm şəkildə bir müddət səslədirmişəm. Gürcüstan radiosu bağlanandan sonra həmin lent yazılarını arxivimdə qorutyub saxlayıram. Yeni əsrin əvvəllərində Bakıda onu bir daha ziyarət edərkən “Neftçilər” metrosu yaxınlığında kəpənəkçilərə məxsus xudmani bir yerdə onun şeirlərini öz ifasına lentə aldım. İndi həmin şeirləri onun pərəstişkarlarının ixtiyarına verirəm.
Hörmətlə: Mirzə Məmmədoğlu.