5 127 476
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Borçalının el ağsaqqallarından olan Sədi Yusif oğlunun xatirələrindən

გაზიარება
ივნისი 7, 2017
291
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Ötən əsrin sonlarında el ağsaqqalı, ömrü boyu saza, sözə böyük dəyər verən, artıq haqq dünyasına qovuşan Sədi Yusif oğlunun Borçalının azman aşıqlarından Əmrah, Sadıq, eləcə də onun qardaşı Məmməd barədə xatirələrini lentə almaq imkanını əldə etdim. Burdakı maraqlı bir məqamı sizin nəzərinizə çatdırmaq istıyirəm. Sədi kişi nəql edir ki, günlərin bir günü Dədə Əmrah onların kəndinə gəlir. 3-4 nəfərlik bir məclis təşkil olunur. Məclisdə birdən Dədə Əmrah deyir ki, sazı mənə verin, Ruhani havasına bir gül əlavə etməliyəm. Əmrah çalır. Bu zaman Tərmeyxan dəhlizdə ona qulaq asırmış. Hava çalınıb sona yetəndə Tərmeyxan içəri girir. Dədə Əmraha üz tutaraq deyir ki, olarmı, sizi yamsılayım. Dədə Əmrah ona deyir ki, buyur bala. Tərmeyxan Dədə Əmrahın çaldığı kimi havanı çalır. Əmrah qayıdıb deyir ki, bala bu gülü hardan öyrənibsən. Deyir ki, sizdən. Əmrah deyir ki, bala bu havanı axı, yeni çaldım. Tərmeyxan qayıdıb deyir ki, onu ifa edəndə mən dəhlizdə sizə qulaq asırdım. Bu zaman Əmrah ayağa qalxır və deyir ki, indi ölsəm də dərdim yoxdur. Yerimə bir Əmrah qoyub gedirəm.
Başqa məqamlar da var. Yaxşı olar ki, özünüz qulaq asasınız.

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი