5 139 951
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Aşıq Arif Xəlilovun ifsında bir neçə mahnı.

გაზიარება
მარტი 24, 2017
179
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Aşıq Arif Dünyamalı oğlu Xəlilov 1931-ci ilin oktabr ayında Laqodexi rayonunun Qaracalar kəndində anadan olmuşdur. Aşıq Arifin anası Hürü Məhəmməd qızı və atası Aşıq Dünyamalı Xəlil oğlu XX əsrin əvvəllərində müəyyən səbəblərə görə Qabal Qaracalarına köc etmiş və 1950-ci ilə qədər orada yaşamışdır.
Aşıq Arif sonralar Qardabani rayonunun Sərticala- Muğanlısı elində məskunlaşmış, ömrünün axırına kimi burada yaşamışdır. Özünəməxsus ifaçılıq bacarığına malik olan Aşıq Arif Borçalı-Qarayazı, Gəncə-Tovuz, Qaraçöp, Qazax-Şəki bölgələrində ağır məclislər yola verərək məşhurlaşmışdı, ad-san qazanmışdı. Aşıq Arif Azərbaycan aşıqlarınının və Borşalı aşıqlarınının ifaçılıq xüsusiyyərlərini özündə əxz etdirərək bu sənətdə yeni cığır açmışdır. Aşıq Arif ilə Aşıq Musa Qaraçöplü arasında xüsusi dostluq telləri mövcud olmuşdur. Ustad aşıq Musa aşıq Arifin əvəzsiz çağlarında yüksək qiymət verdiyi üçün o zaman toy şənliklərində istedadlı cavan aşıqla-Aşıq Arif Dünyamalı oğlu ilə görünərdi, birgə məclislər yola verərdi.
Mənən özünü Aşıq Arifin şagirdi sayan, Sərticala-Miuğanlısı elinin daha bir söz xiridarı Xudaverdi Qasımlının etiraf etdiyinə görə, Aşıq Arif çalıb oxumaqda tayı-bərabəri olmayan ifaçı aşıq idi. Aşıq Arif 2011-ci iləd dünyasını dəyişmişdir.
Gürcüstan radiosunda işləyən zaman ustad aşıq Arifi ziyarət etdim. Onun ifasında öz şeirlərini və dastanı lentə aldım. Bu yaxınlarda onları pərəstişkarlarının ixtiyarına vermək istəyirəm. Hələlik onun ifasında ötən əsrin 60-cı illərində lentə alınaraq Gürcüstan radiosunun Qızıl fondunda qorunub saxlanılan bir neşə mahnını saytımıza yerləşdirirəm. Əminəm ki, bu lent yazıları aşıqsevərlərin marağına səbəb olacaq.
Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი