5 140 037
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Afiq Muxtaroğlunun öz ifasında bir neçə şeiri

გაზიარება
მაისი 5, 2017
72
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Afiq Muxtar oğlu Qardabani rayonunun Nəzərli kəndində dünyaya gəlib. Elinə, obasına bağlı sevgi və duyğularına söykənərək bir yana getməyib elə öz kəndində də yaşamağı hər şeydən üstün tutub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Amma həyat ona başqa dərs keçib. Poeziya aləminə atıb. Və bu aləmdə də duyğularını, qəlbinin riqqətini sözə, kəlmələrə çevirməkdədir. Onları bir yerə yığmağı, toplu halına salmağı heç də düşünmür. Ona bircə o qalır ki, eloğlumuz gözəl şair Nurhafiz demişkən, ixtiyarı sözə verir, qalanı onluq deyil.
Vaxtilə, daha doğrusu, 2000-ci illərdə onun qəlb çırpıntılarını, sözlərini lentə almışdım. Onları öz şəxsi arxivimdə qoruyub saxlayıram. Son vaxtlar Afiq Muxtaroğlunun feysbukda ara sıra dostları ilə bölüşdüyü şeirlərinin daha çox oxunduğunu, bəyənildiyini gördüyümdən özünün ifasında lentə göçürdüyüm həmin şeirləri, onun pərəstişkarlarının, eləcə də poeziyasevərlərin marağını nəzərə alaraq saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი