Bundan öncə Borçalı aşıq məktəbinin yaradıcılarından biri olan ustad aşıq Nurəddin Qasımlının ifasında mahnıları saytımıza yerləşdirmişdim. Özünəməxsus ifaçılığı ilə seçilən bu ustad aşıq ara-sıra qoşqular da qoşmuş, qəlbinin riqqətini sözlərə çevirmiş və onları ürəyinə yatan havalar üstündə də oxumuşdur. Bu qoşquları, bu şeirləri sağlığında, daha doğrusu, ötən əsrin sonlarında Qasımlıda öz evində qonaq olarkən lentə aldım. Bu lent yazıları öz şəxsi arxivimdə qorunub saxlanılır. İndi aşıq Nurəddin Qasımlı sevərlərinin, ümumiyyətlə, aşıq sevərlərin marağını nəzərə alaraq həmin lent yazısını saytımıza yerləşdirirəm.
Hörmətlə: Mirzə Məmmədoğlu