5 139 969
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Aşıq Avdı Qaymaqlının ifasında daha iki mahnı

გაზიარება
მაისი 3, 2017
243
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Aşıq Avdı Qaymaqlı 1909-cu ildə Azərbaycanda Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan, Borçalı mahalında yaşayıb-yaradan ustad Aşıq Sadıqdan (Aşıq Sadıq Sultanov) almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Aşıq Dərya Məhəmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Kərəm İncəli ilə dostluq etmişdir.
Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb. O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib.
Dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal Qəhrəmanov, Aşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.
Aşıq Abdı Qaymaqlı 1988-ci ildə dünyasını dəyişmişdir.
Ötən əsrin 60-cı illərdində Gürcüstan radiosu tərəfindən onun ifasında bir neçə havacat lentə alınmışdır. Bu lent yazıları Radionun qızıl fondunda qorunub saxlanılır. Aşıqsevərlərin marağını nəzərə alaraq bundan öncə həmin lent yazılarını saytımıza yerləşdirmişdim. Müəyyən axtarışdan sonra Gürcüstan Radiosunun fondunda onun ifasında daha iki mahnını üzərə çıxartdım. İndi bu iki mahnını saytımıza yerləşdirirəm
Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი