5 139 967
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Ustad aşıq Əhməd Sadaxlının ifasında iki mahnı

გაზიარება
მაისი 31, 2017
436
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Borçalı aşıq məktəbin görkəmli nümayəndələrindən olan Əhməd Sadaxlı (Əhməd Mustafa oğlu Nəbiyev) 1935-ci il martın 2-də Borçalının Sadaxlı kəndində anadan olmuşdur. 1959-1960-cı illərdə Seydiqocalı aşıq Orucun, aşıq Mehdi Göycəlinin, bir il isə Sadıq Sultanov və onun qardaşı Məmmədin şəyirdi olub. 1962-ci ildən isə Hüseyn Saraclıya şəyirdlik edib və bu böyük sənətkar 1987-ci ildə dünyasını dəyişənədək onunla bərabər olub. O, aşıqlıq sənətinə yiyələnəndən sonra Borçalının müxtəlif guşələrində ağır məclislər aparıb, sənətə qiymət qoyub, əbədiyaşar olması üçün bu sənəti neçə-neçə gənclərə həvəslə öyrədib.
Onun ifa etdiyi aşıq havaları Gürcüstan radiosunda uzun müddət səslənib. Onun lent yazıları Türkiyə Resbublikasının “Türkiyənin səsi” radiosunda, Azərbaycan radiosunda indi də səslənməkdədir və həmin radioların qızıl fondunda qorunub saxlanılmaqdadır. Onun ustadı Hüseyn Saraclı ilə “Koroğlu” dastanından söyləmələri dinləyicilərin böyük rəğbətini qazanmışdı. Vaxtilə onların birgə dastan söyləmələri vallara da yazılmış, geniş yayılmışdı. Həmin lent yazısı, onun ifa etdiyi başqa havacatlarla yanaşı Gürcüstan radiosunun qızıl fondunda hifz olunur. Aşıq Əhməd Sadaxlı özünə tələbkar olan bir sənətkar idi. Böyüklə böyük, kiçiklə kiçik idi. Onun repertuarında Borçalı şairlərinin şeirləri əsas yer tuturdu.
Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub onun haqqında həmişə xoş sözlər söyləyib: “Əhməd Sadaxlı mənim ən çox sevdiyim və hörmət bəslədiyim aşıqlardan olub. Bakıya gələndə həmişə mənə baş çəkərdi, eləcə də mən onu görməyə can atardım. Mənə xüsusi hörmət bəsləyirdi. Mənim Qars səfərimi dastana da salmışdı. Düzü, onu mən dinləməmişdim. Eşidənlər məni müjdələmişdi. Heyif ki, bu söyləmə lentə alınmayıb. Mənim sözlərim üstündə mahnılar da oxuyardı. Bir yerdə olanda sözdən-sazdan söhbət çox uzun çəkərdi. Sazı götürüb onunla qarşı-qarşıya, ustad aşıq Xındı Məmməd demiş, “meydanda mərdi mərdana” saz çalıb, söz deyrdik. Sazı köynəkdən çıxardandan sonra çalıb oxumaqdan əl çəkmirdi, getdikcə çuşa gəlirdi. Əhməd belə Əhməd idi, Allah ona rəhmət eləsin». Folklorşünas-alim Elxan Məmmədli isə onu belə xatırlayır: “Mənim Əhmədlə xüsusi dostluğum var idi. Həmişə aşıq formasında idi. Əsl aşıq kimi davranırdı. Bakıya gələndə mütləq görüşürdük. Özünəməxsus ifaçılıq tərzinə malik idi. Ustad aşıq idi. Ustalığını da çox gənclərə həvəslə öyrədə bildi. Sənət dünyasında onun yeri həmişə görünəcək, sənətsevərlərin xatirəsində onun sənəti, özü, söylədikləri lətifələr həmişə yaşayacaq».
Yazıçı-tərcüməçi Mirzə Məmmədoğlu isə bu ustad barəsində bunları deyir: “Mən Əhməd Sadaxlı ilə çox yaxın idim. Evində çox olmuşam. Çalıb oxumağını lentə almışam. Səhərəcən reportyor ilə səsini yazmışam. Həvəslə yorulmadan dastan söyləyib, mahnı oxuyub. Borçalı aşıqları arasında ən çox onun ifasında oxunan mahnılar yazmışam. Şəxsi arxivimdə onun səsinin lentə alındığı beş kasset qorunub saxlanılmaqdadır”.
Aşıq Əhməd Sadaxlı 20-dən artıq dastan bilirdi. 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olmuşdur. 1999-cu ildə müstəqil Gürcüstan dövlətinin “Şərəf” medalı ilə təltif edilmişdir.
Əhməd Sadaxlı 2006-cı ildə vəfat edib.

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი