5 139 965
ნახვა
345
ხელმომწერი
23 824
ვიდეო

Aşıq Məhəmməd Qasımlının ifasında iki mahnı

გაზიარება
თებერვალი 9, 2017
213
EMBED:
URL:

აირჩიეთ პლეიერის სასურველი ზომა.

  • px
  • px
  • Embed ძველი ვერსია

Aşıq Məhəmməd Qasımlı(İmanov Məhəmməd Mürşüd oğıu) 1928-ildə Borçalı qəzasının Qasımlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Atası Mürşüd İmanov 1941-ci ildə Böyük Vətən Müharibəsinə getmiş və bir daha geri dönməmişdir.

Ailənin böyük oğlu olduğundan ocağın bütün əzab-əziyyətləri körpə Məhəmmədin üzərinə düşmüşdür. Buna baxmayaraq aşıq Məhəmməd Qasımlı orta məktəbinin 7-ci sinfini bitirmişdir. Aşığın körpəlikdən aşıq sənətinə böyük həvəsi olmuşdur. El-oba toylarına gələn aşıqları həsrətliklə dinləmiş və özü də ara bir aşıq mahnıları oxumağa başlamışdır. 1947-ci ildə aşıq Məhəmmədi ordu sıralarına çağrırlar. O, 4 il hərbi xidmətdə olmuş və 1951-ci ildə ordudan tərxis olunaraq vətəni Borçalıya qayıdır. Sevdiyi sənətə məftunluqla vurulan aşıq Məhəmməd bu sənəti davam etdirmək qərarıa gəlir. Bu həvəs onu o dövürdə Borçalının azman aşığı Xındı Məmmədin yanına aparır. Ustadın yanında şəgird kimi ondan dərs alır və aşıqlığın bütün sirrilərini ustad Xındı Məmməddən öyrənir. Elə həmin vaxtdanda Məhəmməd Mürşüd oğlu aşıqlıq sənətinə başlayır. El-oba toylarını, şənliklərini yola verir. Yavaş-yavaş Borçalıda tanınmağa başlayır. O, nümunəvi ailə başçısı olmuş və 6 övlad böyüdərək ərəsəyə çatdırmışdır.

Aşıq Məhəmməd 1992-ci ilin 6 aprelində haqqın dərgahına qovuşmuş və Qasımlı kənd qəbristanlığında dəfn olunmuşdur.

Onun ifasında iki mahnı Gürcüstan radiosunun qızıl fondunda qorunub saxlanılır. Indi həmin mahnıları onun pərəstişkarlarının nəzərinə çatdırmaq üçün saytımıza yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu

მაჩვენე მეტი